8 C
Baku
24 Noyabr 2020
İqtisadiyyat

Azərbaycanın bank sektorunun xalis mənfəəti 14% azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun aylarında 371,7 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% azdır.

6 ay ərzində bankların əməliyyat gəlirləri 1 274,2 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,95% az), əməliyyat xərcləri 810,5 milyon manat (3,6% az), xüsusi ehtiyatlara ayırmaları 11,2 milyon manat (71,4% az), mənfəət vergisi ödəmələri isə 80,9 milyon manat (2,35 dəfə çox) təşkil edib.

Related posts

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Admin

Azərbaycanda əhalinin gəlirləri artıb

Admin

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi azalıb

Admin

Leave a Comment