8 C
Baku
27 Noyabr 2020
Əsas xəbər

Erməniyə verilən dərs – onlara soydaşımız deməyin…

“Bu, Tovuzdakı Ağdam kəndi məsələsi, bir oba müharibəsi deyil. Bu, Ağdama, bu, Şuşaya, bu, Xocalıya, bu, Kəlbəcərə, Laçına görə müharibədir. Ermənilər bizə bir zonaya, bir bölgəyə, ağ damı olan kəndlərimizə görə düşmən kəsilməyib. Ermənilər millətimizə, dövlətimizə düşməndirlər. Bunu oturduğun, durduğun yerdə belə bilmək lazımdır”. Tovuzla sərhəddə başlayan xain hücumun ilk gecəsi yazmışdım (https://musavat.com/author-news/agdamlilarin-yox-haminin-muharibesi-gecenin-yaratdigi-ovqat_717507.html) bu cümlələri. Fransa, Amerika, Rusiya, Belçika, Almaniya yazmaq üç şəhid verdiyimiz gecə ağlımın ucundan belə keçməmişdi…

Amma harada erməni varsa, orada azərbaycanlı özünü təhlükəsiz, güvənli hiss edə bilməz. Bu Brüssel, Moskva, Vaşinqton, Paris məsələsi də deyil. Bu bir millətin bir millətə tarixən qəvi düşmən kəsilməsinin de-fakto bir daha üzə çıxması, təsdiqidir.
Belçikada, uzaq Amerikada tökülən azərbaycanlı qanı ilə, Qarabağda axıdılan qanımız arasında yalnız məsafə fərqi var. Erməni hər yerdə bizə düşmən kəslib! Burada “bizi” xüsusiləşdirmirəm. Azərbaycanı sevən, ərazi bütövlüyümüz uğrunda canından keçən talışları, ləzgiləri, avarları, udinləri, yəhudiləri, tatları, bir sözlə Azərbaycanı özünə vətən bilən hamını o sıraya aid edirəm. Necə ki, erməni onları da “Azərbaycanı sevənlər”, “türklər” adı altında birləşdirərək özünə düşmən bilir zatən…

7b9decb401b386a3e45b0d15433d0f6b.jpeg (101 KB)

Sərhəddə başlayan hərbi əməliyyatların bu cür əks-sədası, azərbaycanlıların buna bir ağızdan “Dayanın!” deyərək ayağa qalxması əlbəttə ki, bir gün baş verməli idi. Ermənilərlə torpaq davası əslində, indi küçələrə çıxmayıb. İnternetdə axtarış verib baxa bilərsiz. Hər il belə insidentlər, davalar yaşanıb- ta Strasburqdan tutmuş, qonşumuz Gürcüstanadək. Dava predmeti həmişə bəhanədir: dava Qarabağ, torpaq davasıdır-bunu bilməyənmi var? Amma bunlar necə deyərlər, indiyədək lokal toqquşmalar olub. İndi isə Azərbaycandan kənarda yaşayanlar, təhsil alanlar, bu ölkənin dərdini dərdi, uğurunu uğuru bilənlər daha möhkəm səslə, daha əzmli, sanki ABŞ-da Şuşanın, Moldovada Ağdamın, Almaniyada Xocalının, İsveçdə Tovuzun, İngiltərədə Laçının taley həll olunurmuş kimi ayağa qalxması erməniləri dəli edib, qıcıqlandırıb, qorxudub. Adətən, ermənilər xaricdə bu cür lobbi qrupları yaradar, bir “milli məsələ” olanda ortaya düşərdilər. İndi azərbaycanlıların belə mütəşəkkil toparlanması, ermənilərlə dirəşməsi, lobbiləşməsi düşmənin canına və gözünə ox kimi girib. Bunu qəbullana, yeyə bilmirlər. Ona görə düşmən xislətlərini gizlədə də bilmirlər, qız-qadın bilmədən xaricdə də qanımıza susayırlar. Mən bu səbəbdən Azərbaycanın bayrağını hər yerdə uca tutanlara soydaşımız demirəm. Bu sözdə nəsə bir soyuqluq, uzaqlıq var sanki, bəlkə də o səbəbdən…Azərbaycanın xaricdəki fədailəri, Azərbaycanı sevənlər, Azərbaycan üçün vuruşanlar, Azərbaycanın adını ucaldanlar deyək onlara…

15951-1595172243.jpg (535 KB)

Biz maşallah, çoxuq, dünyanın dörd bir tərəfində varıq. Bizi fərqləndirən bir mühüm keyfiyyət də var. Azərbaycan nisgili, Azərbaycana bağlılıq… Bu, biləsiz, hər millətdə də olmayan keyfiyyətdir. Çoxları ən müxtəlif səbəblərdən ölkədən gediblər- evləri, işləri, orada öz həyatları var. Amma Azərbaycanın bir parçasını da özləri ilə aparıblar. Gözləri də, ürəkləri də Azərbaycandadır. Azərbaycanda qundaqada apardıqları uşaqlarını da o ruhda böyüdürlər. Azərbaycanlılar qəribliyə öyrəşə bilmirlər! Sabah vətən müharibəsi başlasa, əmin olun ki, çoxları bəhanə bilib qayıdacaq. Necə ki, Qarabağ müharibəsi başlayanda Rusiyada yaşayan neçə-neçə azərbaycanlı rahat işini, evini qoyub vətənə qayıtdı, əllərinə silah aldı, neçə-neçə igid oğlar şəhid oldu…

photo_435377.jpg (65 KB)

Bu küçə qarşıdurmaları əlbəttə, səngiyəcək, tərəflər küçələrdən çəkiləcək. Xaricdə tökülən qanımıza görə yəqin ki, həm rəsmi, həm qeyri-rəsmi cəzalarını da alacaqlar. Amma ermənilərin qəsdən qızışdırdıqları qarşıdurmadan təxribat məqsədilə istifadə etməsinə imkan verməmək lazımdı. Sumqayıtda, Bakıda “erməni poqromları” adı altında öz millətini kəsib-doğrayanlardan hər yerdə, hər cür xainlik gözləmək olar. Gedib bir erməni məhəlləsini oda verib, sonra azərbaycanlılara, Azərbaycana qarşı istifadə edə bilərlər. Düşmənlə təkcə mübarizə aparmazlar, onu yaxşı tanımaq, xain planlarını əngəlləmək də lazımdır. Adamlarımızı erməni məkrindən qorumalıyıq- xaricdəkiləri də, buradakıları da…
.

..Dünya bu dəfə dərsini aldı. Əvvəla, bir daha erməni düşmənçiliyi, işğalçılığı faktlarla ortaya qoyuldu. İkincisi, Azərbaycanın bir qarış torpağını güzəştə getməyəcəyini də dünya gördü. Nəhayət, bizim birliyimizdən dostlar sevindi, düşmənlər qorxdu…

Düşməni sevindirməyək, təxribatlara getməyək, bu dəfə əldə etdiyimiz üstünlüyü qoruyaq. Tanrı Azərbaycanı sevən hər kəsi qorusun!

Related posts

Paşinyanı şoka salan azərbaycanlılar…

Admin

DİN-in Polis Akademiyasının rəisi təqaüdə göndərilib

Admin

AİHM Naxçıvan MTN-də öldürülmüş T.Zeynalovun işi üzrə qərarını elan edib

Admin

Leave a Comment