8 C
Baku
27 Noyabr 2020
Sosial

Qışa hazırlıq məqsədilə oduncaq tədarükünə start verilib

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə veriləcək.

24 və 25 iyul 2020-ci il tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində qışa hazırlıq məqsədilə qırma işləri aparılacaq və ictimai dinləmə keçiriləcək ərazilər:
Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə 24 və 25 iyul 2020-ci il tarixlərində oduncaq tədarükü ilə əlaqədar aparılacaq qırma prosesində iştirak etmək istəyən ictimaiyyət nümayəndələrinin, ictimai fəalların, kənd ağsaqqallarının nəzərinə çatdırılır ki, aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:
-İctimai dinləmənin keçiriləcəyi ərazi: Zaqatala rayonu, Sabunçu kəndi, 24 iyul, saat 11:00;
Qırma sahəsi: Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Tala meşəbəyliyinin 2-ci dolayı;
-İctimai dinləmənin keçiriləcəyi ərazi: Zaqatala rayonu, Əlibayramlı kəndi, 25 iyul, saat 11:00;
Qırma sahəsi: Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Muğanlı meşəbəyliyinin 4-cü dolayı;
Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə 24 iyul 2020-ci il tarixində oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazidə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:
– İctimai dinləmənin keçiriləcəyi ərazi: Gədəbəy rayonu, Tala kəndi, 24 iyul, saat 10:00;
Qırma sahəsi: Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Qızılca meşəbəyliyinin 2-ci dolayı;
Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə 24-25 iyul 2020-ci il tarixlərində oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:
– İctimai dinləmənin keçiriləcəyi ərazi: Şabran rayonu, Zeyvə kəndi, 24 iyul, saat 11:00;
Qırma sahəsi: Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dənizkənarı meşəbəyliyinin 7-ci dolayı;
-İctimai dinləmənin keçiriləcəyi ərazi: Şabran rayonu, Zeyvə kəndi, 25 iyul, saat 11:00;
Qırma sahəsi: Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəvəçi meşəbəyliyinin 4-cü dolayı;
– İctimai dinləmənin keçiriləcəyi ərazi: Şabran rayonu, Əmirxanlı kəndi, 25 iyul, saat 11:00;
Qırma sahəsi: Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dənizkənarı meşəbəyliyinin 7-ci dolayı;
Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə 24-25 iyul 2020-ci il tarixlərində oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:
-İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağcabədi rayonu, Qaradolaq kəndi, 24 iyul, saat 9:00;
Qırma sahəsi: Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin 5 saylı meşəbəyliyinin 3-cü dolayı;
-İctimai dinləmənin keçiriləcəyi ərazi: Beyləqan rayonu, Dünyamalılar kəndi, 24 iyul, saat 9:00;
Qırma sahəsi: Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin Beyləqan meşəbəyliyinin 5-ci dolayı;
-İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağcabədi rayonu, Qaradolaq kəndi, 25 iyul, saat 10:00;
Qırma sahəsi: Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin 5 saylı meşəbəyliyinin 3-cü dolayı;
-İctimai dinləmənin keçiriləcəyi ərazi: Beyləqan rayonu, Dünyamalılar kəndi, 25 iyul, saat 9:00;
Qırma sahəsi: Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin Beyləqan meşəbəyliyinin 5-ci dolayı;
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə 24 iyul 2020-ci il tarixində oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazidə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:
– İctimai dinləmənin keçiriləcəyi ərazi: Cəlilabad rayonu, Şatırlı kəndi, 24 iyul, saat 11:00;
Qırma sahəsi: Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 1-ci dolayı;
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə 24 iyul 2020-ci il tarixində oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazidə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:
– İctimai dinləmənin keçiriləcəyi ərazi: Astara rayonu, Hamoşam kəndi, 24 iyul, saat 12:00;
Qırma sahəsi: Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Təngərüd meşəbəyliyinin 1-ci dolayı;

Related posts

Avrasiya Hospitalda biabırçı olay

Admin

Evlənmək və boşanmaq istəyənlərin NƏZƏRİNƏ – Qərara dəyişiklik edildi

Admin

Həkimlərə verilən əlavə ödənişin müddəti bu tarixədək UZADILDI

Admin

Leave a Comment