9 C
Baku
29 Noyabr 2020
Sosial

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi tətbiq edilib

Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar kəndində sərt karantin rejiminin tətbiqinə başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, kənddə koronavirus epidemiyasının geniş yayılması ilə əlaqədar olaraq gecə saatlarından etibarən kəndə giriş-çıxış məhdudlaşdırılıb.

Bundan başqa, ərazidə polis postları quraşdırılıb.

Qardabani rayonunun meri Ramaz Budaqaşvilinin sözlərinə görə, son 24 saat ərzində Qaracalar və Birlik kəndlərində koronavirusa 2 yoluxma halı qeydə alınıb.

Əhalinin kütləvi termoskrininq və PSR testindən keçirilməsi prosesi davam edir.

Qeyd edək ki, Qardabanidə indiyədək koronavirusa 41 yoluxma qeydə alınıb.

Related posts

Azərbaycanlı aparıcı Çiçək TANINMAZ HALDA

Admin

Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlanıb – RƏSMİ

Admin

UNEC-dən yeni layihəyə: Təhsilə davam edək- #HərZamanTəhsil deyək

Admin

Leave a Comment