13 C
Baku
27 Noyabr 2020
Dünya

“Paşinyan aşağı düş, bizə həqiqəti de” – Ermənilər hökumət binasına HÜCUM ÇƏKDİ

Ermənistanda universitetə qəbul olunmayan abituriyentlər və validenyləri hökumət binası önündə etiraz aksiyası keçirir.

Şikayətçilər dünən təhsil və elm nazirinin müavini Qrişa Tamrazyanla görüşdən razı qalmayıblar.

Etirazçılar tələb edir ki, Paşinyan aşağı düşsün və onların suallarına cavab versin.

“Bizə həqiqəti denən”, “Oxumaq istəyirik”, etirazçılar bu şüarları səsləndirir və bildirirlər ki, onlar imtahandan bal toplasalar da, universitetə qəbul olunmalarının qarşısı süni şəkildə alınıb. Hökumət bunun səbəblərini açıqlamalı və haqlarını bərpa etməlidir.

Aksiya iştirakçıları elm və təhsil naziri Arayik Harutyunyanın istefasını tələb edir. Tezliklə təhsil sisteminə etiraz edən gənclər hərəkatının da aksiyaya qoşulacağı gözlənilir. Publika.az

Related posts

Bir gündə 9 şəhid verdi — FOTO

Admin

Ermənistan ağlını başına yığsın… – Mövlud Çavuşoğlu 

Admin

“Xalq ordusu”na cəlb olunma yalnız hərbi əməliyyatlar halında baş tutacaq” – Balayan

Admin

Leave a Comment