8 C
Baku
29 Noyabr 2020
Sosial

Zibil qutusundan lüks hovuzdakı yaşıdlarını izləyən azyaşlıya elə sürpriz etdilər ki… – VİDEO

Türkiyənin Antalya şəhərində zibil qutusunun üzərindən lüks şəhərciyin hovuzunda yaşıdlarını həsədlə izləyən azyaşlı M.H. qısa müddət ərzində sosial medianın gündəminə düşmüşdü.

Publika.az xəbər verir ki, kağız məhsulları toplayaraq çörəkpulu qazanmağa çalışan 10 yaşlı M.H-ya sürpriz edilib.

Konyaaltı Bələdiyyəsinin sədri Semih Esen fotonu gördükdən dərhal sonra hərəkətə keçib və fotonun qəhrəmanı 2 günlük axtarışlardan sonra tapılıb. Bələdiyyə əməkdaşları azyaşlını bacı-qardaşları ilə birlikdə idman mərkəzinə aparıb və hovuz şənliyi təşkil olunub. Azyaşlılar daha sonra Antalya Akvariumunu gəzib.

Uşaqlar gün boyu əyləndikdən sonra ailəsinə təhvil verilib.

 

Related posts

Oğlu qətl törədən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI

Admin

“Güllələnmiş heykəllər” abidəsi ziyarət olundu – FOTOLAR

Admin

Pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür

Admin

Leave a Comment