7 C
Baku
29 Noyabr 2020
Dünya

İran niyə yanır… – Musəvi açıqladı

İrandakı yanğınlar kiberhücumla əlaqəli deyil.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

“Donald Trampın göstərişindən sonra İrana qarşı növbəti kiberhücumlar olarsa, bundan ABŞ Administrasiyası məsuliyyət daşıyacaq. Buna qarşılıq vermə haqqımızı da saxlayırıq”, – XİN sözçüsü bildirib.

A.Musəvi qeyd edib ki, son bir neçə ayda kiberhücumlar artıb:

“Hücumu törədənlər əsl məqsədlərinə çata bilmədi. Hücumların əksəriyyəti beynəlxalq konvensiyalara zidd olaraq ABŞ tərəfindən həyata keçirilir. Bu, bütün dünya üçün narahatedici haldır və beynəlxalq ictimaiyyət buna uyğun cavab verməlidir”.

Qeyd edək ki, son bir ayda İranın strateji obyektlərində, o cümlədən nüvə zavodlarında böyük partlayışlarla yanğınlar baş verib.

Related posts

Virusoloqdan PROQNOZ — “Qışda koronavirus pandemiyası…”

Admin

Qalmaqal: İstintaq Komitəsinin sədri “həbs edilsin” dedi, prokuror qərarı geri oxutdu

Admin

Beynində 17 il qurd bəsləyib

Admin

Leave a Comment