2 C
Baku
23 Noyabr 2020
Dünya

Putin Serbiyaya gedir – Moskvadan kritik açıqlama

“Rusiya Prezidenti Vladimir Putinin Belqrad səfəri payızda baş tuta bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson açıqlama verib.

O, səfər tarixinin qarşıdakı günlərdə aydınlaşdırılacağını bildirib.

Serbiya Prezidenti Aleksandr Vuçiç bundan əvvəl bildirmişdi ki, ölkə rəhbərliyi Rusiya fondunun və mütəxəssislərin köməyi ilə təmir işləri aparılan bölgədəki ən böyük Müqəddəs Sava Pravoslav Kilsəsinin açılışında iştirak etmək üçün rus liderin oktyabr ayında ziyarətinə hazırlaşmağa başlayıb:

“Məlum olduğu kimi, mövcud dəvətə uyğun olaraq, Rusiya Prezidenti Vladimir Putinin Belqrada səfərinin təşkili ehtimalı nəzərdən keçirilir. Səfərin konkret tarixlərinin daha sonra razılaşdırılması nəzərdə tutulur”.

Related posts

Çində daha yeddi nəfər koronavirusa yoluxdu

Admin

Virusoloqdan PROQNOZ — “Qışda koronavirus pandemiyası…”

Admin

Misir portalı Ermənistanın terror təşkilatları ilə əməkdaşlığından yazıb

Admin

Leave a Comment