8 C
Baku
27 Noyabr 2020
Sosial

İçki məclisində dayısı oğlunu öldürən gəncin məhkəməsi başlayır

Bakıda adam öldürməkdə təqsirləndrilən Rəmiş İsmiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavud Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxrlarda keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.

1997-ci il təvəllüdlü İsmiyev Rəmiş İsmi oğlu dayısı oğlu, 1989-cu il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlunu bıçaqlayaraq öldürüb.

Bildirilir ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub və içki məclisi zamanı aralarında mübahisə yaranıb. Bu zaman Rəmiş bıçaqla dayısı oğluna hücum edərək onun ürək nahiyəsinə zərbə endirib. 31 yaşlı Cavid hadisə yerində ölüb.

Məlumata görə, hadisə vaxtı C.Muxtarovun qardaşı da orada olub və hadisə onun gözləri qarşısında baş verib.

R.İsmiyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Related posts

Pandemiyada ŞAD XƏBƏR: yoluxanların yarıdan çoxu…

Admin

Qaragüruh, aqressiv Milli Şura – ölkənin gələcəyi üçün təhlükə…

Admin

Şuşalı fermerin Ağdamda torpağını kimlər zəbt edib – VİDEO

Admin

Leave a Comment