11 C
Baku
27 Noyabr 2020
Əsas xəbər

Professordan şad xəbər: “Virus bu payız yox olacaq”

Hazırkı yoluxma sayına təkan verəcək daha bir faktor ordumuza dəstəklə bağlı yürüşlər olacaq. Nəzərə alaq ki, infeksiya ağız, burun aerozolu ilə yayılır. Şüar səsləndirən, maskadan istifadə etməyən xeyli insan yoluxmaya məruz qala bilər.

Bunu Teleqraf.com-a açıqlamasında həkim professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, avqust ayında virusun zəifləməsi müşahidə olunacaq:

“Payız aylarının sonunda isə infeksiyanın yoxa çıxmasına şahid olacağıq. SARS və MERS viruslarının yayılması 6 ay vaxt almışdı. Lakin COVID-19 infeksiyasının 8-9 ay davam edəcəyi ehtimal olunur”.

Adil Qeybulla bildirib ki, ölkəmizdə ikinci dalğanın yayılmasından söhbət gedə bilməz: “Çünki birinci dalğa tamamilə bitməyib, deməli, ikinci dalğa baş qaldıra bilməz. Mən ikinci dalğanı güclü hesab etmirəm. İkinci dalğada virus zəifləmiş hesab olunacaq.

İstənilən halda, payız aylarında yuxarı tənəffüs yollarında olan digər infeksiyalar da fəallaşır. Bu da koronavirusun gedişini ağırlaşdıra biləcəyi üçün ikinci dalğa barədə xəbərdarlıq xarakterli informasiyalar var”.

Related posts

“Aqressor Ermənistanı sonsuza qədər dilə tutmaq olmaz, əvvəl-axır onu məcbur etmək lazımdır”

Admin

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 28 mindən çox artıb

Admin

Dünyada koronavirus qurbanlarının sayı 369 minə çatır

Admin

Leave a Comment