8 C
Baku
27 Noyabr 2020
Qarabağ

Tahir Gözəl “Qarabağ”ın sabiq futbolçularına təşəkkür etdi

“Əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır”.

“Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.

T.Gözəl bildirib ki, iyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatları başlamasına komandanın sabiq legionerləri də biganə qalmayıb. Onlar öz sosial şəbəkələrində Azərbaycanın yanında olduqlarını vurğulayıblar.

Funksioner həmin legionerlərə təşəkkürünü bildirib: “Sevindirici haldır ki, klubumuzdan ayrılan legionerlər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduqlarını göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar”.

Related posts

Ordumuz Şuşanı niyə vurmadı? Zakir Həsənov açıqladı – Video

Admin

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Admin

Qənirə Paşayeva: “Düşmənlə anladığı dildə danışmağa ehtiyac var”

Admin

Leave a Comment