8 C
Baku
30 Noyabr 2020
Əsas xəbər

Körpəni qeysəriyyə yolu ilə dünyaya gətirən qadın öldü – Bakıdda faciə

İyulun 19-da saat 12 radələrində Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Məxliqə Fərəcovanın müalicə olunduğu A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.

HİT.Az-ın xəbərinə görə, bu barədə Yasamal rayon prokurorluğundan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, iyulun 11-də Məxliqə Fərəcova Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirib, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən o, A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Məxliqə Fərəcova iyulun 19-da vəfat edib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Related posts

Bir qrup şəxsin Milli Məclisin binasına daxil olması ilə bağlı rəsmi açıqlama

Admin

Tovuz döyüşlərində şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib

Admin

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Admin

Leave a Comment