11 C
Baku
28 Noyabr 2020
Siyasət

Ordumuz yaranmış vəziyyətə adekvat hərəkət etdi – ŞƏRH

“İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdu. Azərbaycan dövləti və Ordumuz bu təxribatı, onun arxasında gizlənən məkrli niyyətləri də nəzərə alaraq yaranmış vəziyyətə adekvat hərəkət etdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

O bildirib ki, Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını almaq üçün əsgərindən generalına qədər eyni səngərdə, bir sırada durub və düşmənə layiqli cavab verərək ona ağır zərbələr endirib: “Bu ağır döyüşlərdə şəhidlərimiz də var. Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı, Ermənistan ordusunun dayaq nöqtələri darmadağın edildi. Ermənilər həm canlı qüvvə, həm də hərbi texnika, hərbi resurs baxımından böyük itkilər verdi. 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi bu dəfə də erməni tərəfi döyüşlər zamanı mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətdi. Belə ki, iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən 76 yaşlı vətəndaşımız aldığı çoxsaylı qəlpə xəsarətləri nəticəsində həlak oldu. Eyni zamanda mülki əhaliyə ciddi ziyan dəyib”.

Ə.Məsimli qeyd edib ki, bununla əlaqədar olaraq, Prezident İlham Əliyev Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı: “Həmin sərəncamda qeyd olunur ki, dəymiş ziyanın qiymətləndirilməsini İqtisadiyyat Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, məlumatları Nazirlər Kabinetinə təqdim etsin. Nazirlər Kabineti də ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Prezidentə təqdim etsin. Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə istər Bakıda, istərsə də cəbhə bölgəsində, digər yerlərdə keçirilən yürüşlər, eləcə də soydaşlarımızın dünyanın xeyli ölkəsində Ermənistanın işğalçı siyasətinə qarşı etiraz aksiyaları göstərir ki, bütün ölkə və xaricdə yaşayan azərbaycanlılar Ordumuza dəstək vermək üçün ayaq üstədir. Şəhidlərimizin ruhunu şad etmək üçün torpaqlarımızın işğalına son qoyulmalıdır!”.

Related posts

BMW 18 milyon dollar cərimə ödəyəcək –Saxta satış məlumatlarına görə

Admin

“Çavuşoğlunun Ermənistana Dağlıq Qarabağ mesajı…” – Müsahibə

Admin

TÜRKİYƏ YAXIN ŞƏRQİN SAHİBİNƏ ÇEVRİLİR – ABŞ və Avropa məyusdur, Rusiya dirəniş göstərir…

Admin

Leave a Comment