8 C
Baku
29 Noyabr 2020
Əsas xəbər

150 könüllü məsələsi: İlham Əliyevin yorğunluğu, yoxsa uğursuz ifadə?

Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədində davam edən gərgin atışmalara görə ön cəbhəyə gedib vuruşmaq istəyini ifadə edənlərin sayının cəmi 150 nəfər olduğunu deməsi qəzəb və məyusluq yaradıb.

İlham Əliyev bu sözləri çərşənbə günü Nazirlər Kabinetinin iclasında deyib və bu çıxışdan bir gün əvvəl – iyulun 14-dən 15-ə keçən gecə minlərlə insan “Karantinə son, müharibə başlasın” şüarları ilə Bakı küçələrində yürüşə çıxıb.

Yürüşlərdə iştirak edən və etməyənlər sosial media narazılıqlarını ifadə ediblər. Onların arasında bu ifadələri özlərinə qarşı təhqir saydıqlarını deyənlər də olub.

Prezident Əliyevin sözləri niyə belə gərginliklə qarşılanıb?

“Prezident yorğun ola bilərdi…”

İctimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, prezidentin çıxışında meydanlara çıxan insanların sanki aşağılanması, vətənpərvərlik hisslərinin sorğulanması var idi.

Bəxtiyar Hacıyev deyir ki, Prezident insanlara könüllü orduya getmək üçün müraciət etmədiklərinə görə irad bildirib.

“Azərbaycan ordusunun yüksək rütbəli zabitləri, general-mayoru və artileriya rəisi öz torpaqlarında şəhid ediliblər. Onlar şəhid olduqdan sonra minlərlə insan səfərbərlik və orduya dəstək tələbi ilə Bakı küçələrində yürüş edib. Bu halda dövlətdən, Ali Baş Komandandan gözlənilən mesaj tamam başqa idi. Gözlənilən mesaj o idi ki, dəstəyə görə təşəkkür edirik və bunu nəzərə alırıq. Biz isə dünən prezidentin çıxışında tam əks fikirləri gördük”, – Bəxtiyar Hacıyev deyib.

Cənab Hacıyevin fikrincə, yürüşə qatılanların əsas tələbi səfərbərlik olub, amma səslənən fikirlər bunun əksi olub.

“Əslində 150 nəfər sayın ifadə edilməsi özü kifayət qədər şübhəli saydır. Çünki, ayrı-ayrı rayonların hərbi kommisarlıqlarının qarşısından çəkilmiş foto və videolarda görünür ki, sadəcə bir rayonun özündə bəlkə 150-dən çox insan müraciət edib. Bütün bunları nəzərə alaraq prezidentin və Ali Baş Komandanın dünənki çıxışı insanları məyusluğa, ruh düşkünlüyünə salmağa sövq etdi”, – Bəxtiyar Hacıyev deyib.

“Prezident ola bilsin emosionaldır və ya yorğun ola bilər, amma prezident adminstrasiyasında bir nəfər tapılmadımı bu çıxışın nəticələrini proqnozlaşdırsın?”

Milli Məclis

“Təhrif edirlər”

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc hesab edir ki, “dövlət başçısının çıxışından məyus olmaq kimi nəticə çıxaranlar dövlət rəhbərinin əsl məqsədini təhrif edirlər”.

Zahid Oruc xüsusi vurğulayıb ki, “prezidentin dünənki çıxışı cəmiyyətdə ruh yüksəkliyini daha da artırıb, qələbəyə inamı daha da gücləndirib.

O bildirib ki, prezidentin çıxışı Azərbaycanın cəbhədə həqiqi uğurlarının olduğunu sübut edən bir çıxış idi.

Zahid Oruc deyib ki, cənab prezidentin dünənki çıxışının Azərbaycan insanı döyüşmək istəmir kimi bir nəticəyə gətiriblib çıxarılaraq yozulması dövlət rəhbərinin əsl məqsədini təhrif etmək anlamına gəlir.

“Prezident insanların addımlarını təqdir etdiyini söylədi. Lakin bəzən döyüşək-vuruşaq kimi fikirlər səsləndirən insanların, gənclərin böyük ideallarının, vətən duyğularının istismar edərək xal qazanmağa cəhd edən qüvvələrin fonunda heç də müraciət edənlərin hamısının səngərə getmək fikrində olmadıqlarını rəqəmlərlə diqqətə çatdırmış oldu”, – Zahid Oruc deyib.

Səfərbərlik tələb edən gənclər

“İşlədilən ifadə uğurlu olmayıb”

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, işlədilən ifadə uğurlu olmayıb.

“Yumşaq ifadə etsəm uğurlu ifadə deyildi və xüsusiylə Ermənistan Azərbaycan münaqişəsinin bu cür aktiv mərhələdə olduğu müddətdə bu tipli ifadələr seçmək doğru deyil”,- İqbal Ağazadə deyib.

İqbal Ağazadə BBC News Azərbaycancaya deyib ki, vətəndaşlara açıq müraciət olunardısa milyonlarla insan gedib orduya könüllü yazıla bilərdi.

“Belə məlumatlar olanda, bunlar təbliğat, PR xarakterli məlumatlardırsa onu başqa cür təqdim etmək lazımdır. Ona görə hesab edirəm ki, bu uğurlu ifadə deyil. İnsanlar pandemiya dönəmində evdən iki saatlıq icazə alıb çıxırlar, hərbi səfərbərlik idarəsinə getmək üçün rəsmi formada müraciət edən olmayıb”, – İqbal Ağazadə deyib.

Cənab Ağazadə bildirib ki, o bu gün gedib “Nərimanov rayonun hərbi səfərbərlik idarəsində keçmiş döyüşçü kimi qeydiyyatdan keçərək könüllü olaraq döyüşə çağrılmağını istəyib”.

İqbal Ağazadə deyib ki, hərbi səfərbərlik qurumunda könüllü getmək istəyənlər üçün xüsusi kitab açılıb, siyahı tutulub.

Səfərbərlik tələb edən izdiham

Rəsmi qeydiyyat

Millət vəkili Aydın Mirzəzədə bildirb ki, prezidentin çıxışından insanların məyus olması fikri ilə razı deyil və bu barədə danışmaq istəmir.

O bildirib ki, “Azərbaycan cəmiyyətində döyüş ruhunun yüksək olmasını minlərlə gəncin döyüş bölgəsinə gedərək elə orada döyüşə qoşulmaq istəməsi göstərib”.

“Cənab prezidentin iradı birbaşa, rəsmi sürətdə öz istəyini qeydə aldırmaqla bağlı idi. Bu gün artıq Səfərbərlik Xidməti bildirdi ki, minlərlə gənc cənab Prezidentin çağrışından sonrə cəbhəyə getmək istədiklərini bildiriblər”,- Aydın Mirzəzədə deyib.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində bazar günündən başlayan və 3 gündən çox davam edən atışmalarda Azərbaycan yüksək rütbəli general-mayoru daxil 12 hərbçisini itirib. Tovuzdan baş verənlərdən sonra çərşənbə axşamı gecə minlərlə Bakı sakini müharibə tələbi ilə paytaxt küçələrinə axışıb. Onların əksəriyyəti Şəhidlər Xiyabanına yürüş edərək parlamentin inzibati binası qarşısına toplaşıblar. Əsas şüar “Qarabağ”, “Səfərbərlik” olub.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında yürüş haqqında fikirlərini söyləyib.

“Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir”, – Prezident İlham Əliyev deyib.

Prezident bildirib ki, “bu gün səfərbərliyə ehtiyac yoxdur”.

“Könüllü hərbi xidmətə getmək istəyən şəxslərin sayı 4000-i ötüb”, cümə axşamı günü Prezident İlham Əliyevin çıxışının səhəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib.

Related posts

Yəhudilərin ən böyük təşkilatı erməni vəhşiliyini pislədi

Admin

Azərbaycanda sutkalıq yoluxma sayı yenidən 100-ü ötdü

Admin

Gömrük Akademiyası 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayn kompozisiya təqdim edib

Admin

Leave a Comment