8 C
Baku
25 Noyabr 2020
Mədəniyyət

Teymur əminin qəbirüstü abidəsi qoyuldu – FOTO

Xalq artisti, Prezident təqaüdçüsü mərhum Teymur Mustafayevin qırx mərasimi keçirilib.

Milli.Az pravda.az-a istinadən verdiyi məlumatına görə, mərasimlə əlaqədar olaraq T.Mustafayevin qəbirüstü abidəsi qoyulub.

Onun qəbirüstü abidəsi həyat yoldaşının və oğlunun məzarı yanında ucaldılıb.

Mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Qırx mərasimi zamanı Xalq artisinin məzarı önündə nəvəsi Elxanın və Novruzovlar ailəsinin adından əklil qoyulub.

Qeyd edək ki, T.Mustafayevin qızı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşının həyat yoldaşıdır.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. T.Mustafayev iyunun 12-də doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Related posts

Mənsum İbrahimov: “Heç vaxt xalqımda bu cür ruh yüksəkliyi, birlik görməmişdim”

Admin

Nisə Qasımova xərçəngə tutuldu

Admin

“Yaşadığı evə 40 min borcu var” – Firuzə İbadova qızıllarını satdı

Admin

Leave a Comment