8 C
Baku
30 Noyabr 2020
Əsas xəbər

Ermənilər azərbaycanlı müğənnini döydülər: “Buzlu butulkanı…”

Xəbər verdiyimiz kimi ABŞ-da erməni yalanlarına qarşı növbəti etiraz aksiyası təşkil olunub. Los Ancelesdə yaşayan erməni daşnakları 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

Milli.Az big.az-a istinadla xəbər verir ki, Amerikada yaşayan müğənni Səbinə Əsgərova İnstaqram hesabında askiya ilə bağlı paylaşım edib. O, aksiyadan video və fotolar paylaşaraq “Əlli nəfər biz, beş min onlar. Özləri kimi ikinci şərəfsiz millət yoxdur. Uşaqların telefonlarını da oğurladılar. Buzlu su olan butulkalar gətirmişdilər, başımıza atırdılar, əclaflar. Düzü, polis onlara bizi blokadaya almağa şərait yaratdı. Bəzilərinin üstündə silah da var idi. Düzdü, buzlu butulkanın biri başıma dəydi. Şükür ölüm, yaxud polisə düşən yoxdur” sözlərini yazıb.

Related posts

“Moskvada azərbaycanlılara dəyən zərəri ödəməyə hazıram” – Erməni milyarder

Admin

Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə bağlı SƏRƏNCAM

Admin

Abbas Mustafayevin şərlənməsində Vüsal İsmayılovun “xidmətləri”- Şok detallar

Admin

Leave a Comment