2 C
Baku
23 Noyabr 2020
Əsas xəbər

Qarabağ qazisindən çağırış: “Şəhid Rəşad Mahmudovun evi muzey olsun” – Fotolar

İyulun 19-da Tovuz rayonunun Ağdam kəndində düşmənə qarşı döyüşdə qəhrəmancasına şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun yeddi mərasimi olub.

Musavat.com bildirir ki, şəhidin yeddi mərasimi doğulub, boya-başa çatdığı və dəfn olunduğu Biləsuvar rayonun Aşağı Cürəli kəndində keçirilib. Mərasimdə iştirak edən Qarabağ qazisi Rüxsarə Cumayeva Musavat.com-a şəhid Rəşad Mahmudovun ailəsi və özü haqda maraqlı faktları açıqlayıb: “Şəhidimizin yeddi mərasimində iştirak etdim, anası ilə tanış oldum. Məlum oldu ki, Rəşadın bir qardaşı da olub. İllər öncə qardaşı 15 yaşında faciəli şəkildə dünyasını dəyişib. Rəşad onu və qardaşını təkbaşına böyüdən anasına dəstək olmağa, övlad acını unutdurmağa çalışıb.

Rəşad aprel döyüşlərində də iştirak edib, mərdi-mərdanə döyüşüb.

Anasının dediyinə görə Rəşad tezliklə evlənməyə hazırlaşırmış. Bunun üçün özünə ayrıca ev də tikdirib. İki dəfə bankdan kredit götürüb, həmin evi tez hazır etməyə çalışıb. Lakin çox təəssüf ki, şəhidimizin bu arzusu ona nəsib olmadı”.

Rüxsarə Cumayeva şəhidin tikdirib, amma içində yaşaya bilmədiyi evinin muzeyə çevrilməsini istəyib: “İki övladını min bir əzabla təkbaşına böyüdən və onları itirən ana hələ də özünə gələ bilmir. Onunla danışdım, ananın indi ən böyük arzusu oğlunun evinin muzeyə çevrilməsidir. Oğlunun evinin ziyarətgaha çevrilməsi ana üçün az da olsa təsəlli olardı”.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Rəşad Mahmudov iyulun 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Xalidə Gəray
Musavat.com

Related posts

Deputat: “Zakir Həsənov da, Baş Qərargah rəisi Nəcməddin Sadıkov da……”

Admin

Ağciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında kütləvi yoluxma — TƏBİB məsələyə aydınlıq gətirdi

Admin

Azərbaycanda karantin rejiminin ən sərt formasının tətbiq ediləcəyi DƏQİQ TARİX AÇIQLANDI

Admin

Leave a Comment