8 C
Baku
22 Noyabr 2020
Sosial

Yağış yağacaq, dolu düşəcək – PROQNOZ

İyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  lakin gecə və səhər  yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 28-31, Bakıda  gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 753  mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun  aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Related posts

“Kontakt Home” haqqında gedən şikayətlərə görə məşhur feysbuk qrupunu satın alıb – İDDİA

Admin

Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi SƏLƏMÇİDİR – Şok telefon danışığı

Admin

Ayın son gününün havası açıqlandı

Admin

Leave a Comment