11 C
Baku
28 Noyabr 2020
İqtisadiyyat

ARDNF bu il AÇG-dən 2,2 mlrd. dollardan çox gəlir əldə edib

Bu il (01.01.2020 – 01.07.2020 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 206 mln. ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” ARDNF-dən bildirilib.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Related posts

ABŞ iqtisadiyyatı iki ildən sonra bərpa olunacaq

Admin

Bakı Fond Bijrası ticarət sessiyasının vaxtını azaldıb

Admin

Azərbaycanla ABŞ-ın mənfi ticarət saldosu cüzi azalıb

Admin

Leave a Comment