9 C
Baku
29 Noyabr 2020
Sosial

“Nazirlik şəhid ailələri və müharibə əlilləri üçün 290 fərdi evin tikintisi məqsədilə 19,9 milyona yaxın vəsait xərcləyəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, saytlardan birində Nazirliyin 290 fərdi evin tikintisi üçün guya iki milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir:

“Əslində, həmin məbləğ 19 milyon 884 min 431 manatdır. Nazirlik bu sahədə də büdcə vəsaitlərinin daha qənaətli istifadəsi üçün 274 fərdi ev üçün ayrılmış həmin vəsait hesabına bundan daha çox, 290 fərdi evin tikilməsini təmin edəcək. Bu barədə tender.gov.az saytında da rəsmi məlumat var”.

“Lakin fərdi evlərin tikintisi işlərinin satın alınması üçün müvafiq saytda dərc edilmiş tender müqaviləsinin maliyyə göstəricisi qeyd edilərkən texniki yanlışlığa yol verilib və tam işarəsini bildirən vergül qeyd edilmədiyindən “19884431,31” rəqəmi “1988443131” kimi göstərilib.

Saytla əlaqə saxlanılıb, real məbləğ bildirilsə də, sayt yanlış məlumatı əks etdirən başlığı saxlamaqla oxucularına yalan məlumat verməkdə davam edir”, – deyə F.Talıbov qeyd edib.

Related posts

Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər

Admin

Azərbaycanda qabiliyyət imtahanları niyə gecikdi?-RƏSMİ AÇIQLAMA

Admin

Vaksini unudun, bağçalarda buna əməl edin – Professor

Admin

Leave a Comment