10 C
Baku
28 Noyabr 2020
Əsas xəbər

Karantin ləğv edilə bilər – Video

Gündəlik koronavirusa yoluxma sayı bu cür azalmağa doğru davam edərsə, karantin rejimi tədricən aradan qaldırıla bilər.

Bunu Axar.az-a hazırda şəhər və rayonlarda tətbiq edilən sərt karantinin gündəlik yoluxma sayına təsiri barədə danışan infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, koronavirusa yoluxma sayında azalmanın müşahidə edilməsi sərt karantinin effektlivliyindən xəbər verir:

“Əvvəllər gündəlik 500-600 civarında müşahidə olunan yoluxma halları artıq 300 civarında qeydə alınır. Əgər insanlar açıq havada sosial məsafə saxlayarlarsa və karantin tədbirlərinin digər davranış qaydalarına riayət edərsə, bu, gündəlik yoluxma sayının azalmasına səbəb olar. Bu azalma isə karantin rejiminin tədricən ləğv edilməsinə şərait yaradacaq”.

İnfeksionist onu da qeyd edib ki, bir neçə gün əvvəl Orduya dəstək yürüşündə və şəhidlərin dəfn mərasimində insanların kütləviliyi yoluxmaya səbəb olubsa, bunun nəticəsini 14 gün ərzində hiss edəcəyik.

 

     

    Related posts

    Səhiyyə Nazirliyi yeni platforma yaratdı

    Admin

    İcra Hakmiyyətinə qarşı şok ittiham – Onlar anti-milli qüvvələri dəstəkləyir…

    Admin

    Azərbaycanda karantin rejiminin ən sərt formasının tətbiq ediləcəyi DƏQİQ TARİX AÇIQLANDI

    Admin

    Leave a Comment