8 C
Baku
22 Noyabr 2020
Sosial

Azərbaycan əhalisi bu il apteklərdə 320 mln. manat xərcləyib

Bu ilin yanvar-iyun aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 319,6 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 34,5% artıb. Təkcə ötən ay əhaliyə 56,7 mln. həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da may ayı ilə müqayisədə 5,3% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Related posts

Azay Quliyev: “Kimliyindən asılı olmayaraq qanunu pozanlar bu cür sərt şəkildə cəzalanacaqlar”

Admin

Ağdam və Bərdə rayonları üzrə özünüməşğulluq proqramı iştirakçıları da yeni təlimlərdə iştirak edə biləcək

Admin

Ölkəmizdə bu şəxslər kommunal xərclərdən azad olundu

Admin

Leave a Comment