8 C
Baku
22 Noyabr 2020
Hadisə

Rusiyadan gəlib ailə üzvlərini yandıran şəxsin işi – Məhkəmədə

Şəmkir rayonunda ailə üzvlərini öldürmətyə cəhd etməkdə ittiham olunan Vəli Yaqubovun cinayət işi üzrə ibtidai istinyaq baş çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Şəmkir rayonu Seyfəli kənd sakini, 1963-cü il təvəllüdlü Vəli Yaqubov yaşadığı evdə ailə münaqişəsi zəminində mübahisə zamanı qisas məqsədilə özü ilə gətirdiyi benzini oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev və gəlini 1988-ci il təvəllüdlü Nərgiz Hüseynovanın üzərinə və evin içərisinə tökərək yandırıb.

Hadisə zamanı oğlu Əkbər Vəliyev, gəlini Nərgiz Hüseynova, evdə olan arvadı 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova və 2016-cı il təvəllüdlü nəvəsi Banu Yaqubova yanıq xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına aparılıb, V.Yaqubov hadisə yerindən qaçıb.

Vəli Yaqubov barəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində o tutularaq istintaqa təhvil verilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Vəli Yaqubov 32 yaşlı oğlu Əkbər Vəliyevi və onun ailəsini evdən çıxarmaq istəyib. Uzun müddətdir mülk üstündə tərəflər arasında münaqişə olub. Hətta bir neçə dəfə prokurorluğa və polis şöbəsinə müraciət də ediblər.

Related posts

Abşeronda ağır qəza – ölən var

Admin

AMADA-nın əməkdaşı qəzaya səbəb oldu – VİDEO

Admin

Emin Ağalarov “avtoşluq” etdi – VİDEO

Admin

Leave a Comment