9 C
Baku
24 Noyabr 2020
Dünya

Ərdoğan Aya-Sofya məbədini ziyarət edib – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müqəddəs Aya-Sofya məbədini ziyarət edərək, onun məscidə çevrilməsindən sonra ilk ibadət üçün burada görülən işlərlə tanış olub.

APA “Anadolu”ya istinadən xəbər verir ki, türkiyəli lider bununla bağlı “Twitter” səhifəsində paylaşım edib. Məbəddə 86 ildən sonra ilk ibadət 24 iyul cümə gününə planlaşdırılıb.

Aya-Sofyada təxminən bir saat qalan Ərdoğanı Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy, İstanbulun valisi Ali Yerlikaya, eləcə də Daxili İşlər naziri Süleyman Soylu və Dini İşlər üzrə İdarənin rəhbəri Ali Yerbaş müşayiət edib. Ərsoy və Yerlikaya ilk Cümə namazı üçün görülən hazırlıq işləri barədə prezidenti məlumatlandırıb.

Related posts

Prezident və Baş nazirin Beyrut partlayışından 1 ay əvvəl xəbəri olub – DƏHŞƏTLİ FAKTLAR

Admin

Məşhur sosial şəbəkələr bağlana bilər – Dövlət katibi açıqladı

Admin

Qartal ABŞ-ın hökumət dronunu şikarla səhv salıb

Admin

Leave a Comment