8 C
Baku
24 Noyabr 2020
Qayğının xəbərləri

Doğum gününüz mübarək, cənab Mayor!

 

Son günlər təmas xəttində baş verən hadisələr və bu hadisələr fonunda gərginlik, həyəcan, narahatlıq, şəhid və yaralı xəbərləri onsuz da pandemiya əsarətində qalmış insanları çox üzdü. Bunlarla yanaşı vaxtilə Qarabağ uğrunda könüllü döyüşmüş, canını fəda etmiş veteranlarımızdan, qazilərimizdən də müxtəlif səbəblərdən dünyalarını vaxtsız dəyişənlər də oldu. Onlara sağlıqlarında qiymət verib, adlarını həmişə uca tutmaq və hörmətlə anmaq bizim vəfa borcumuzdur.
Sağlığında dəyər verib, həmişə adını fədailər sirasında andığımız igidlər sırasında Tovuz rayonundan könüllü olaraq Qarabağ müharibəsində iştirak etmiş, cəsurluğu ilə ad qazanmış Etibar Vəliyev də vardır.
Etibar Vəliyev 19 iyul 1968-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində sadə kəndli ailəsində dünyaya göz açmışdır. Ailənin 4 övladından ən böyüyü olan Etibarın hələ uşaq ikən arzusu hərbçi olmaq idi. Orta məktəbi bitirdikdən sonra 1985-89-cu illərdə Rusiyanın Saratovsk vilayətinin Engels şəhərində Ali Hərbi məktəbə daxil olmuş və Sovet ordusunda zabit kimi qulluq etmişdir.
1991-ci ilin axırlarında Sovet ordusundan Azərbaycan ordusuna ezam olunan Baş Leytenant Etibar Vəliyev 1992-ci ildən Bölük komandiri vəzifəsinə təyin olunmuşdur.1992-ci ildən 2006-cı ilədək şərəfli döyüş və xidmət yolu keçən Etibar Vəliyev Bölük komandiri, Artilleriya rəisi, Zenit-Artilleriya Divizionunun komandiri, Hərbi Hissənin Qərargah rəisi, daha sonra Tovuz, Gədəbəy və Qusar rayonlarında Hava Hücumundan Müdafiə rəisi, bundan sonra Bakı şəhərində Hava Hücumundan Müdafiə rəisinin Baş köməkçisi, sonra isə Cəlilabad rayonunda Hava Hücumundan Müdafiə rəisi vəzifələrində çalışmışdır.
22 illik çətin, rəşadətli və qürurverici xidmət yolu keçmiş komandirin Azərbaycan ordusunun quruculuğunda xüsusi xidmətləri olmuşdur. Baş Leytenant rütbəsi ilə qulluğa başlamış komandir Mayor rütbəsi ilə ordudan ehtiyata buraxılmışdır.
Hal-hazırda ehtiyatda olan Mayor ictimai fəaliyyətlə məşğuldur, Vətən Müharibəsi Veteranları və Qarabağ Əlillərinə Qayğı İB-nin Tovuz filiallarının sədridir. Qısa müddət ərzində hər iki təşkilatın formalaşmasında və inkişaf etməsində uğurlar qazanmışdır. Tovuz rayon veteranları və əlillərinin sosial qayğı və problemləri ilə yaxından maraqlanan sədr birliyin üzvləri arasında da böyük rəğbət qazanmışdır.
Təmas xəttinində son günlərin hadisələrinin ən qaynar nöqtəsində yaşayan və fəaliyyət göstərən mayor bütün kecmiş döyüşçüləri hər an döyüşə getməyə hazır vəziyyətə gətirmişdir. Hər biri canla- başla Vətənə və ordumuza xidmət etməyə hazır olan tovuzluların ruh yüksəkliyinin bir səbəbkarı da 14 ildən sonra hərbi formasını yenidən əyninə geymiş və döyüş ruhunda olan Etibar Vəliyevdir. 2oğlan, 4 qız və 1 nəvə sahibi olan Etibar bəy həm də gözəl və nümunəvi atadır. Onun böyük övladı Ehtiram atasının yolunu davam etdirərək hərbçi olmuş və hal-hazırda Tovuz rayonunda təmas xəttində MAXE vəzifəsində çalışır . Son döyüşlərdə kəllə – beyin zədəsi almış igid hərbçi sağlamlığına qovuşan kimi yenidən xidməti vəzifəsinə qayıdacaq.
Verdiyim sualları həvəslə cavablandıran komandir “ordumuza arzularınız”sualına belə cavab verdi: “Şanlı ordumuza ruh yüksəkliyi, vətən sevgisi, qorxmazlıq və azad Qarabağda qələbə atəşfəşanlığı arzu edirəm, cənab Ali Baş Komandanın ətrafında sıx birləşərək, dövlətimizə və ordumuza bütün qüvvəmizlə xidmət etməyə, döyüş əmri verilən zaman yenidən döyüşməyə və torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq.”
19 iyulda ömrünün 52-ci ilini qeyd edən Etibar Vəliyevi biz də, Qarabağ Əlilərinə Qayğı İB-yinin rəhbərliyi və Qayğı.orq.az saytının əməkdaşları olaraq təbrik edirik, uzun və sağlam ömür, övladlarının fərəhli günlərini görmək və ən böyük arzusu olan Qarabağda dostları, silahdaşları ilə Azərbaycan bayrağı altında qələbə sevincini, qələbə gününü qeyd etməyi arzu edirik.
Etibar Vəliyev hərbçi kimi sərt görünsə də, müsahib kimi çox mülayim və mehriban bir insandır. Onunla tanışlığım və yorulmadan, bezmədən suallarımı cavablandırması məndə xoş təəssürat yaratdı.
52 yaşıniz mübarək, cənab Mayor!

Qarabağ Əlillərinə QAYĞI İctimai Birliyi adlı şəxsin şəkli.
Qarabağ Əlillərinə QAYĞI İctimai Birliyi adlı şəxsin şəkli.

Related posts

Qan qardaşına ayaq olan fədailər

Admin

Döyüşə qatılmağa əmr gözləyirik !

Admin

Qurd oğlu qurd olar

Admin

Leave a Comment