4 C
Baku
23 Noyabr 2020
Əsas xəbər

Ermənistanın İsveçdəki səfirliyinin önündə etiraz aksiyası keçirilib

İsveçdə yaşayan soydaşlarımız Stokholm şəhərində Ermənistanın səfirliyi önündə etiraz aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, aksiya paytaxt ictimaiyyətinin diqqətini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribat törətməsinə, yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoymasına, hərbçilərimizin və dinc sakinlərin həlak olmasına cəlb etmək məqsədilə təşkil olunub.

Soydaşlarımız Stokholm şəhərinin mərkəzi küçəsindən Ermənistan səfirliyinin binasının qarşısınadək Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillərlə yürüş ediblər. Ermənistan səfirliyin önündə Azərbaycanın dövlət himnini oxuyan aksiyaçılar “Qarabağ Azərbaycanındır!”, “Şəhidlərimizin qanı yerdə qalmayacaq”, “Tanrı sizi qorusun, igidlərimiz!” və s. şüarlar səsləndiriblər.

Related posts

SON DƏQİQƏ: Sabahdan bu şəhərlərdə İŞ VAXTI DƏYİŞİR – QƏRAR

Admin

“Rusiyanın Azərbaycan və Türkiyəyə qarşı bizi müdafiə edəcəyinə əmin deyilik” – erməni mediası

Admin

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın bütün hərbi qulluqçularını və veteranları təbrik edib

Admin

Leave a Comment