12 C
Baku
24 Noyabr 2020
Sosial

Azərbaycanda 1258 əkiz, 42 üçəm doğulub

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47 206 doğulan körpə qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1258-i əkiz, 42-si isə üçəmlər olub.

Bu ilin beş ayında ölkə üzrə 24 813 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6 təşkil edib.

Qeyd edək ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 22745 nəfər və ya 0,2 faiz artaraq  iyunun 1-i vəziyyətinə 10 089 853 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Related posts

“Azərsu”dan yeni xidmətlərdən istifadə ilə bağlı TƏLİMATLAR

Admin

Bu şəxslərin işləməyi qadağan edildi – Baş Nazirdən TAPŞIRIQLAR

Admin

“Azərsu” ASC-nin sədrinin qohumlarının şirkətləri üzə çıxdı

Admin

Leave a Comment