4 C
Baku
23 Noyabr 2020
Qayğının xəbərləri

Qarabağ Əlilərinə Qayğı və Şəhid Ailələrinə Sosial Dəstək IB-nin birgə bəyanatı:

Son günlər Azərbaycan – Ermənistan təmas xəttində baş verən gərginliklə bağlı xalqımız narahatlıq keçirir və ordumuza dəstək olmağa çalışır. Bu narahatlıq xüsusən gənclərdə daha çox hiss olunur, onlar  pərakəndə şəkildə ön cəbhəyə getməyə çalışırlar.

Dünən 14 iyul tarixində düşmən təxribatı nəticəsində verdiyimiz ağır itgilərə görə onsuz da əsəbləri tarıma çəkilmiş gənclər hiddətlənmiş və ordumuzun yanında olmaq, döyüşlərdə iştirak etmək istəyi ilə küçələrə çıxaraq, “Orduya dəstək” aksiyası keçirmişlər. Yürüş on minlərlə gəncin iştirakı ilə “Xalqlar dostluğu” metrosundan Şəhidlər Xiyabanına qədər dinc şəkildə baş tutmuşdur.
Daha sonra yürüş mitinq xarakteri almış, gənclər vətənpərvərlik ruhunda müxtəlif şüarlar səsləndirmiş və orduya getmək, əsgərlərimizə dəstək olmaq istədiklərini bildirmişlər. Baş tutan dinc xarakterli mitinqə xeyli insan qoşulmuşdur.
Axşamdan başlayan yürüş-mitinq səhərə yaxın bir qrup çılğın gəncin polislə insidentinə səbəb olmuşdur. Belə ki, onlar polis maşınını aşırmış, Milli Məclisin qapılarının şüşələrini sındıraraq içəri daxil olmuşlar. Əvvəldən yürüşə heç bir müdaxilə etməyən polislər bu hərəkətlərə reaksiya vermiş və onları oradan uzaqlaşdırmaq üçün tədbirlərə başlamışlar. Bir neşə gənc həbs olunub və barələrində cinayət işi açılıb.
Biz, Qarabağ Əlilərinə Qayğı İB-yi və Şəhid Ailələrinə Sosial Dəstək İB-yi olaraq, Azərbaycan vətəndaşlarına, xüsusən də gənc nəslə bu ağır məqamda təmkinli və soyuqqanlı olmağa, heç bir təxribata uymamağa çağırırıq. Unutmaq olmaz ki, illərdir düşmənin təxribatçı qüvvələri içərimizdə fəaliyyət göstərir və onlar gec-tez ifşa olunurlar. Gənclərə tövsiyəmiz budur ki, bu məsələlərdə çox diqqətli olsunlar, heç bir təxribatçı çağırışa uymasınlar.
Buradan Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevə müraciət edərək bildiririk ki, biz Qarabağ döyüşçüləri və şəhid ailələri hər an dövlətimizin və ordumuzun yanındayıq, istər arxa, istər ön çəbhə olsun, bütün məqamlarda bizə arxalana bilərsiniz. Cənab Prezident, tezliklə sizin işğalda olan torpaqlarımızla bağlı verəcəyiniz düzgün və haqlı qərarınızı gözləyirik və var gücümüzlə döyüşlərdə iştirak etməyə hazırıq.
Hörmətlə: Qarabağ Əlillərinə Qayğı İB-nin sədri Firidun Məmmədov
Şəhid Ailələrinə Sosial Dəstək İB-nin sədri Almaz Zeynalova

Related posts

Qurd oğlu qurd olar

Admin

Qarabag Əlillərinə Qaygı İctimai Birliyi öz fəaliyyətini genişləndirir.

Admin

Qan qardaşına ayaq olan fədailər

Admin

Leave a Comment