11 C
Baku
27 Noyabr 2020
Sosial

Sabah yağış yagacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 14 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 755 mm civə sütunua yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.
14 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu
gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 14-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Related posts

Əgər telefonun yoxdursa…

Admin

MİDA 5 binanın tikintisinə 22 milyon manat xərcləyəcək

Admin

Qobustanda fermerləri incidən kimdir?

Admin

Leave a Comment