6 C
Baku
27 Noyabr 2020
Sosial

Erməni ordusu Paşinyana mesaj verir ki… – Hərbi ekspertdən şok sözlər

Nəzərə almalıyıq ki, Ermənistanda vəziyyət uzun müddətdir qeyri-sabitdir. Hətta ötən ay Ermənistanda hərbi çevriliş təhlükəsi haqda söhbətlər gedirdi. Nəticədə bir neçə güc nazirləri dəyişdirildi. Müdafiə nazirinin dəyişdiriləcyi haqda xəbərlər də gəzirdi. İstisna etmirəm ki, Ermənistan hərbi rəhbərliyi öz gücünü Azərbaycana deyil, Ermənistan siyasi rəhbərliyinə nümayiş etdirir.

Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Azad İsazadə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində qəfil silahlı qarşıdurma haqqında danışarkən deyib.

Azad İsazadə bildirib ki, Tovuz cəbhəsində təxribatı Ermənistan həyata keçirib: “Fikrimcə, bu, Paşinyana mesajdır ki, biz varıq, güclüyük var və vəziyyəti dəyişə bilərik. İkincisi, erməni təxribatı nədən Tovuzda baş verir?

Mümkündür ki, düşmən bu təxribatla Azərbaycanı hərbi əməliyyatlara cəlb etməyə çalışır. Unutmayaq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlı hərbi blokun üzvüdür. Bu hərbi blok Ermənistan ərazisinə təhlükə yarandığı təqdirdə prosesə qoşula bilər. Ona görə düşmən Qarabağda deyil, Tovuzda belə təxribata gedə, sonra da hərbi bloka müraciət edə bilər. Yəni erməni təxribatı ilə bağlı bir neçə versiya var. Yaxud erməni hərbçilər belə təxribatla siyasi hakimiyyəti ruspərəst kursa qaytarmağa məcbur edir”.

Hərbi mütəxəssisin sözlərinə görə, döyüşlər getsə də, informasiyalar hələlik natamamdır: “Bizdə olan məlumata görə, bu təxribata baxmayaraq Azərbaycan ordusu öz mövqelərini itirməyib, sərhəd boyu əməliyyat şəraitini nəzarəti əlində saxlayır, düşmənin təxribatına qarşı cavab tədbirləri həyata keçirilib. Bütün hallarda vəziyyət gərgin olaraq qalır.

İndi erməni tərəfi növbəti həyasızlığa əl ataraq iddia edir ki, Tovuz istiqamətində ilk atəşi Azərbaycan açıb. Unutmayaq ki, ilkin məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb və elan edib ki, Emənistan tərəfi atəşə başlayıb, hücuma hazırlaşırlar. Bundan sonra Azərbaycan ordusu cavab tədbirləri görüb”.

Azad İsazadə xatırladıb ki, dünən bir rus politoloq məsələyə başqa formada yanaşırdı: “Bildirdi ki, Minsk Qrupu bu dəfə konkret ortaya mövqe qoymalı və açıqlamalıdır ki, təxribatı hansı tərəf törədib. Əgər cavab verə bilməsələr, onda 10 illərdir bu münaqişə ilə niyə məşğul olurlar? Bu, haradasa 3 gün əvvəl Azərbaycan Prezidentinin Minsk Qrupu ilə bağlı səsləndirdiyi fikirlərlə üst-üstə düşür.

Aydındır ki, danışıqlar prosesi sıfıra bərabərdir. Deməli, nəsə dəyişməlidir. Siyasi diplomatiya məsələni həll edə bilməsə, gec-tez toplar danışacaq”.

Related posts

4 ölkə Türkiyəyə Aralıqda “meydan oxudu”… – Şərh

Admin

Banklar cəbhə bölgəsində özünüməşğulluq proqramı iştirakçılarına aktivlər təqdim edir

Admin

Beynin funksiyalarını sağlamlaşdıran, damar tıxanıqlığını məhv edən ƏN FAYDALI QİDALAR

Admin

Leave a Comment