8 C
Baku
22 Noyabr 2020
Əsas xəbər

Məşhurlar başsağlığı verdi – “Bu, heç də təsadüf deyil”

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Publika.az xəbər verir ki, Xalq artistləri, tanınmış sənət adamları bu ağır gündə xalqımıza dəstək olmağa çalışıb. Onlar sosial şəbəkələrdə şəhidlərimizin fotolarını paylaşaraq ailələrinə başsağlığı verib.

Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Faiq Ağayev və başqaları kədərini izləyiciləri ilə paylaşıb:

Brilliant Dadaşova: “Gecə vaxtı kaş bu xəbəri heç görməyəydim… Vətən sağ olsun. Yenə də başımız sağ olsun”.

Aygün Kazımova: “Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğmalarına səbr versin! Yaralı əsgərlərimiz tezliklə sağlamlıqlarına qovuşsunlar inşallah, Vətən sağ olsun”.

Əməkdar artist Aybəniz Haşımova: “Sizin qəbirə girən çağınız deyildi şəhidim… Sizə bu hökmü taleyinizə yazanlara Allah qənim olsun”.

Nadir Qafarzadə: “Vətən Sağ olsun! Allah sizə rəhmət etsin şəhidlər”.

Kamil Zeynallı: “Vətən sağ olsun! Allah şəhidlərimizə rəhmət eləsin…. Yaralı əsgərlərimizə Allah şəfa versin”.

 

Related posts

Məhərrəm Əliyev: “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır”

Admin

“Dağlıq Qarabağ Putin və Ərdoğanın masasında…” – Müsahibə

Admin

Vəssalam! Koronavirusun dərmanına patent aldılar

Admin

Leave a Comment