9 C
Baku
24 Noyabr 2020
Sosial

Bakıda anbardan 4 200 manatlıq oğurluq olub

Bakıda anbardan oğurluq olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, A. Abbaszadə küçəsində baş verib.

Həmin küçədə yerləşən şirkətlərdən birinin anbarına daxil olan naməlum şəxslər oradan 4200 manat dəyərində 20 500 ədəd künclük və 9 500 ədəd sıxıcı vasitə oğurlayıblar. 

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – 1999-cu il təvəllüdlü Yusif Həsənov, 1994-cü il təvəllüdlü Fərid Şıxıyev və Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Related posts

İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

Admin

QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama

Admin

Sentyabr ayına olan hava proqnozu

Admin

Leave a Comment