10 C
Baku
23 Noyabr 2020
Sosial

DİM-dən imtahansız attestat alan məzunlarla bağlı yeni AÇIQLAMA

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

Belə olan halda sual olunur. Kimlər imtahan vermədən attestat ala biləcək?

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, imtahansız attestat almaq hər kəsə şamil olunmur:

“Bu məsələ yalnız xaricdə təhsil almaq istəyən şəxslər üçündür. Kim ki xaricdə yerləşən ali təhsil müəssisəsinə müraciət etmək istəyir, oxuduğu məktəbə müraciət edir və imtahanda iştirak etmədən onlara attestat verilir. Bundan sonra xarici universitetlərə müraciət edə bilərlər”.

Xanlar Xanlarzadə məsələnin tezləşdirilməsinin səbəbini də açıqlayıb:

“Çünki bəzi xarici universitetlərdə qeydiyyat tarixi başa çatır. Məhz bu hal üçün imtahan vermədən attestat almaq nəzərdə tutulub”.

Qeyd edək ki, dünəndən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala biləcəklər.

Related posts

“Əmrahbank”da Qalina Burlaçukun əlil oğlu üçün yığdığı pulları necə mənimsədilər… – MƏHƏRRƏMOVLA EYVAZOVUN İŞİ, PROSES BAŞLADI

Admin

Milli Məclisin binası qarşısında intihara cəhdin qarşısı alınıb RƏSMİ

Admin

Ceyhun Bayramovun XİN rəhbəri kimi ilk səfəri başladı

Admin

Leave a Comment