8 C
Baku
30 Noyabr 2020
Sosial

Erməni terrorçusunun adını daşıyan park ictimai ayaqyoluna çevrilib

Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin tərkibində döyüşən “Ayı” ləqəbli erməni terrorçusu Armen Martirosyanın adını daşıyan istirahət parkı hazırda ictimai ayaqyolu kimi istifadə edilir.

“MediaPost” erməni mətbuatına istinadən xəbər verir ki, bunu adlarının açıqlanmasını istəməyən İrəvan şəhərinin Arabkir inzibati rayonunun sakinləri bildiriblər.

Onların mətbuata şikayətlərində qeyd ediblər ki, bu ərazidə “Slavmed” tibb mərkəzinin istifadəyə verilməsindən sonra mərkəzə gələn müştərilər park ərazisini ictimai ayaqyoluna çeviriblər. Xəstələrin yanına gələn qohumlar öz təbii ehtiyaclarını məhz bu ərazidə ödəyirlər. Bu haqda şəhər rəhbərliyinə dəfələrlə məlumat verilsə də indiyədək heç bir tədbir görülməyib.

1993-cü ildə öldürülən A.Martirosyan Ermənistanın milli qəhrəmanı hesab edilir. Görünür, ermənilərin öz çirkli qəhrəmanlarına verdikləri layiqli qiymət məhz onların adını daşıyan əraziləri öz təbii ehtiyaclarının ödənilməsi üçün istifadə etməkdir. Necə deyərlər, nə uğrunda mübarizə aparmısan, onu da qazanmısan!

Erməni terrorçusunun adını daşıyan park ictimai ayaqyoluna çevrilibErməni terrorçusunun adını daşıyan park ictimai ayaqyoluna çevrilibErməni terrorçusunun adını daşıyan park ictimai ayaqyoluna çevrilib

BiG.AZ

Related posts

Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək

Admin

Maliyyə Nazirliyi hərrac keçirib

Admin

Hidroloji stansiyalar avtomatlaşdırılır

Admin

Leave a Comment