9 C
Baku
29 Noyabr 2020
Sosial

“Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” – Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu dəfə siyasətdən deyil, oğlu Seymur Novruzovdan danışıb.

BiG.AZ xəbər verir ki, S.Novruzov “MediaPost”a müsahibəsində övladı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

-Siyavuş müəllim, oğlunuz məzun oldu. Məktəbi necə oxuya bildi?

-Övladım məktəbi çox yaxşı oxuyub, başa vurdu. Müəllimləri də Seymurdan çox razı idi. Hər bir müəllimi ilə görüşür və lazım gələndə əlindən də öpürdü. Mən övladımı belə tərbiyə etmişəm. Elə bunu da yazın. Oğlum icazə almamış ayaqyoluna belə getmir.

-Ali məktəblərə qəbul imtahanları başlayıb. Seymur imtahan verib?

-Xeyr. Hələ imtahan verməyib. Yaxın günlərdə imtahanı olacaq. İnşallah, imtahanlarında yüksək nəticə əldə edər.

-Sirr deyilsə, övladınız ixtisasca nə olmaq istəyir?

-Özünə bu barədə sual verin. Amma mən istəyirdim, övladım Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına (indiki: Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasına ) imtahan verib, qəbul olsun. Özü bunu istəmədi. Sonra təklif etdim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında oxusun. Onu da qəbul etmədi (gülür). Özüm “paqonlu adamam” deyə, bunları təklif etdim. Amma hazırda bütün bu ixtisas seçimi məsələsini özünün ixtiyarına vermişik. Daha özü bilər. Oğlum həm də yaxşı bokusçudu

Related posts

Tibb Universitetinin həkimindən TƏBİB-ə: “Xalqı, milləti məhv etməyin!”

Admin

Xüsusi karantin rejimi dövründə Bakıda təcili yardıma müraciətlər artıb

Admin

Sosial sahəyə 5 milyard 146 milyon manat ayrılacaq

Admin

Leave a Comment