13 C
Baku
27 Noyabr 2020
Sosial

Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb

Pandemiya dövründə həm dövlət sektoru üzrə 910 min iş yerinin qorunması təmin edildi. Həmçinin özəl sektorda iş yerlərinin qorunması işləri aparıldı. Hətta özəl sektorda cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 110 min və ya 17 faiz artdı.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hazırda özəl sektorda 750 min əmək müqaviləsi ilə çalışan var. Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında isə 7 faizlik artım baş verib.

S.Babayev diqqətə çatdırıb ki, əmək mü       avilələrinin artımı kölgə iqtisadiyyatının azaldılması, qeyri-formal məşğulluğun  leqallaşdırılması hesabına  yaranır.

Əmək müqavilələrinin artımı əməkhaqqı fondunun artmasına da səbəb olub. Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb. Bu, formal məşğulluğun əhatəsinin genişləndirilməsi baxımından da çox önəmlidir.

Related posts

Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı

Admin

Sabir Rüstəmxanlı Baş Nazirə müraciət etdi: “Güneyli tələbələrə dəstək tarixi borcumuzdur”

Admin

İspaniyada Azərbaycan Evinin açılışı oldu

Admin

Leave a Comment