7 C
Baku
29 Noyabr 2020
İdman

“Koventri” Azərbaycan millisinin hücumçusu üçün “Vulverhempton”a təklif göndərəcək

İngiltərənin “Koventri” klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, birinci liqa təmsilçisinin baş məşqçisi Mark Robins “Vulverhempton”un 21 yaşlı forvardını ixtiyarında görmək istədiyini rəhbərliyə çatdırıb.

51 yaşlı mütəxəssis gənc futbolçunun sayəsində hücum xəttinin güclənəcəyini düşünür. Aşağı liqa təmsilçisi hətta bununla bağlı Premyer Liqa klubuna təklif göndərməyə hazırlaşır. Lakin “Vulverhempton”un baş məşqçisi Nuno Eşpirito Santo yığmamızın üzvünü əsas komandaya cəlb etməyi planlaşdırır.

Koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə durumunu nəzərə alan “Vulverhempton” yeni hücumçu transferi ilə bağlı problem yaşayır. Əgər bu mövqeyə transfer edilərsə, o zaman Dadaşovun icarə əsasında “Koventri”yə keçidinə razılıq veriləcək.

Qeyd edək ki, Renat Dadaşovun “Vulverhempton”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Related posts

Naxçıvan Qarnizonu Qoşunlarında buraxılış mərasimi keçirilib – VİDEO

Admin

Ronaldunun İtaliyada qol vurmadığı cəmi bir komanda qaldı

Admin

Qurbanovu razı salmaq üçün Ərdoğandan kömək istənilib?

Admin

Leave a Comment