8 C
Baku
27 Noyabr 2020
Dünya

Günün fotosu – Hindistanlı varlının qızıl teşti

Bu şəkildə görünən adam Hindistanda yaşayır, ad-soyadı Şamkar Kuradedir. Adam bu ölkə üçün normal sayılan ali kastadandır, varlı insandır.

Şəkildəki baxışından, duruşundan görünür ki, ona “üzüklərin əfəndisi” də demək olar – sağ əlində 5 iri qızıl üzük var.

Ancaq cənab Kuradenin qızıl sevdası bununla məhdudlaşmır, adam özünə 4 min dollara başa gələn qızıl maska da hazırlatdırıb.

Hazırda o, dünyanı saran koronavirus pandemiyası ilə mübarizəni qızıl maska ilə aparır.

Mütəxəssislər isə deyirlər ki, maska qızıldan olmur, lap platindən olsun, COVİD-19-la mübarizədə adi bez parçalardan daha qoruyucu deyil.

Güman ki, Şamkar Kurade də bunu bilir, sədəcə, özünü öz var-dövlətini, ali zümrədən olduğunu gözə soxmaqdan saxlaya bilmir.

106726007_3664495280232738_226053288507465288_n.jpg (44 KB)

Dünyada bu cür adamlar var, onlara az qala hər ölkədə rast gəlmək olar. Belə adamlar sıradan biri olmaq istəmir, həmişə kütlədən, əksəriyyətdən fərqlənmək istəyirlər, bu zaman sahib olduqları yeganə üstünlükdən – var-dövlətdən yararlanırlar.

Əslində, bu, təkəbbür partlamasıdır. Bir az dərindən götürsək, psixi xəstəlik əlamətidir.

Elə hamının paytaxtda qaldığı, xüsusi karantin rejiminin qayda-qanunlarına riayət etdiyi bir vaxtda, özünü cəmiyyətin elitar kəsimindən sayaraq, lüks maşınında rayonlara axışıb, daha komfortlu ortamda gün keçirmək istəmək də həmin tip təkəbbürün əlamətidir.

Onu da qeyd edək ki, dünyanın ən çox kasıbı, yoxsulu, hüquqsuz insanı məhz Hindistanda yaşayır və hazırda koronavirus bu ölkədə tüğyan edir.

Related posts

Ermənistan Türkiyə ordusu ilə döyüşə girir – TƏFƏRRÜAT

Admin

Edam şoku: “Ölüm cəzasının bərpası…”

Admin

Gürcüstandan Azərbaycana 281 nəfər təxliyə olundu

Admin

Leave a Comment