9 C
Baku
29 Noyabr 2020
Əsas xəbər

Növbəti Ay tutulması hadisəsi yaşanır

İlin üçüncü Ay tutulması hadisəsi başlayıb.

Musavat.com xəbər verir ki, yarımkölgəli Ay tutulması hadisəsi saat 09:52-də sona çatacaq.

Tutulmanın maksimumu saat 08:31-də  müşahidə olunur.

Bu təbiət hadisəsini cənub-qərbi Avropa, Afrikanın və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

Məlumat üçün bildirək ki, sonuncu, 4-cü Ay tutulması noyabrın 30-da baş verəcək.

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq.

Related posts

Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcək – Yeni qərar

Admin

Sabiq oliqarx-məmurları erməni hücumu zamanı niyə ortaya çıxmadılar?

Admin

Azərbaycanda daha 590 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib

Admin

Leave a Comment