6 C
Baku
25 Noyabr 2020
Sosial

Onlar Zəhra üçün geri dönəcək…

Üç il əvvəl erməni hərbi aqressoru yenidən özünün şiddət tanrısına qanlı qurban apardı.

4 iyul 2017-ci ildə təxminən 20:40 radələrində Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya olunan erməni hərbi birləşmələri 82 və 120 millimetrlik minaatanlar və qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə məruz qoydular. Erməni tərəfinin provokasiyası nəticəsində kənd sakinləri Sahibə İdris qızı Quliyeva (1967-ci il) və onun iki yaşlı nəvəsi Zəhra Elnur qızı Quliyeva (2015-ci il) həlak oldular.

Əsgər ölmədi, hansı ki, döyüş meydanında öz ölkəsinin azadlığı üçün ölmək mümkün mükafatlardan ən yüksəyidir. Hətta həyatını yaşamış və həzz almış yaşlı insan belə ölmədi. Ölən yenicə yaşamağa başlayan körpə idi. Hələ yenicə kiçik ayaqları ilə bu torpaqda gəzməyə başlayırdı. Bəlkə də yenicə dil açaraq, sözləri gülməli və uşaqcasına qarmaqarışıq formada deməyə başlayırdı.

Beləliklə, o, erməninin qaniçən tanırısının qurbangahına gətirildi, erməni minasının qəlpəsi isə bu kiçik ürəyin döyüntüsünü dayandırdı. Hansı ki, o ürək sevə bilərdi, bu amansız dünyaya nəsə əbədi, ölümsüz və möhtəşəm şey gətirə bilərdi. Lakin erməni keşişlər artıq minlərlə qurbanın qanında boğulan bütlərini onun qanıyla suladılar.

Alman faşist işğalçıları uşaqları və qadınları öldürməyə başlayanda onlar insan simasına bürünən düşmən olmaqdan çıxdılar. Onlar pislik oldular və hər bir insanın borcu onları məhv etmək oldu. Ukrayna və Belarusda yandırılan kəndlərdən insan ətinin qoxusunu verən duman çıxanda müharibə artıq iki ordunun mübarizəsi formasını dayandırdı və xalq savaşına çevrildi. Hər kəs – kişilər, qadınlar, uşaqlar nasist cəhənnəminin bədheybətləriylə mübarizə aparırdı.

Azərbaycan kəndlərindən çıxan yanğın dumanı da yandırılmış insan əti qoxusu verirdi. Xocalı yaxınlığındakı qarla örtülü sahələr boz səmaya baxan boş, donmuş uşaq gözlərini xatırlayırlar.

Erməni quldurları tərəfindən işğal edilmiş Azərbaycan evlərinin divarları təcavüz edilmiş Azərbaycan qızlarının göz yaşlarını, eləcə də ermənilərin qırışmış yanaqlarına çırpdıqları və murdar paltarlarını yumağa məcbur etdikləri yaşlı azərbaycanlı qadınların depressiyalı, gücsüz fəryadını xatırlayır. Canilər tərəfindən işğal edilən hər daş, hər qarış torpaq öz doğma yurdlarından vəhşicəsinə qovulan azərbaycanlı kəndlilərin əməksevər əllərini xatırlayır. Hər yaşlı ağac isti günlərdən onun kölgəsində oturan azərbaycanlı ağsaqqalların uzun söhbətlərini xatırlayır. Xatırlayır ki, oğlan və qız dəstələri şirin tut və turş alçadan dadmaq üçün onun budaqlarına necə çıxırdılar.

Xatırlayır və onların evlərinə nə zaman dönəcəyini gözləyir.

Onlar isə dönəcəklər. 45-ci ildə Simonovun nasizmi öldürüb, öz yuvasında boğmaq əmrini sona qədər yerinə yetirənlərin qürurlu və güclü varisləri qayıdacaqlar.

Onlar dönəcəklər. Qəhrəmanlar, qəhrəmanların nəvələri və nəticələri, Berlində məhv olan, amma gözlənilmədən, 40 ildən sonra Böyük Vətən müharibəsində iştirak edən ölkədə baş qaldıran nasizmin son yuvasını məhv etmək əmrini icra etmək üçün gələcəklər.

Onlar geri dönəcəklər. Məhz 9 mayda Şuşa üzərində Azərbaycan bayrağı dalğalansa, 8 mayda işğal edilən ərazilərdə məhz 9 mayda Azərbaycan himni oxunsa, xilaskar Azərbaycan əsgəri tərini silib, torpaqlarına toxunsa, bu, çox simvolik olacaq. Məhz bu an Avropada nasist zibilini əzənlər və Qafqazda onların son davamçılarını məhv edənlər vahid bir sistemdə birləşəcəklər.

Onlar Zəhranın döyünən ürəyinin dayanmasının, Xocalıda döyünən oğlan və qızların ürəklərinin döyüntüsünün kəsilməsinin qisasını almaq üçün geri dönəcəklər.

Onlar geri dönəcəklər.

Related posts

Xüsusi karantin rejimiylə bağlı yeni qərar qüvvəyə mindi – SİYAHI

Admin

Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

Admin

Vilayət Eyvazov işə yeni qəbul olan polislərə baxış keçirdi

Admin

Leave a Comment