9 C
Baku
29 Noyabr 2020
Sosial

AMEA-nın şöbə müdiri vəfat edib

Azərbaycan elminə ağır itki üz verib.

“Report”un xəbərinə görə, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski 68 yaşında vəfat edib.

Qeyd edək ki, H.Şıxlinski 1952-ci ildə Qazaxda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı mövzusunda namizədlik dissertasiyası, filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi mövzusunda isə dissertasiya müdafiəsi edib. 238 elmi əsəri çapdan çıxıb. Xaricdə çıxan elmi əsərlərin sayı isə 90 təşkil edir.

Allah rəhmət eləsin!

Related posts

İşığı yandırıb-söndürmək üçün işçi axtarılır – Maaş 2300 dollar

Admin

Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü

Admin

ASAN Xidmət: İki yerdə işləyən şəxs üçün hər iki yerdən icaze.e-gov.az-dan icazə alınmalıdır

Admin

Leave a Comment