13 C
Baku
27 Noyabr 2020
İdman

İngiltərə klubu millimizin futbolçusunu istəyir

İngiltərənin “Koventri” klubu “Vulverhempton”da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla maraqlanır.

“Report” “Coventrytelegraph” nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

Dadaşovun baş məşqçi Mark Robinsin diqqətində olduğu bildirilib.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib.

Related posts

Beyrutda xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur – XİN

Admin

İbrahimoviç “Milan”da qalmaq istəyir

Admin

Bakı sakinlərindən MÖHTƏŞƏM NÜMAYİŞ: alqışlarla qarşılandılar – VİDEO

Admin

Leave a Comment