9 C
Baku
29 Noyabr 2020
Dünya

Ər-Riyad bu ölkələri niyə savaşla hədələdi? – Şərh

OPEK+ ölkələrinin neft hasilatını azaltmağa dair əldə etdiyi razılaşmanın vaxtı bu ay bitir. Yəni avqust ayından etibarən dünya miqyasında neftin hasilatı köhnə qrafik üzrə aparılacaq. Səudiyyə Ərəbistanı da çalışır ki, avqust ayına qədər bazarda öz dominantlığını qoruyub saxlaya bilsin.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçıNatiq Cəfərli Səudiyyə Ərəbistanının OPEK+ ölkələrini neft savaşı ilə hədələməsini şərh edərkən deyib. O qeyd edib ki, OPEK+ ölkələrinin bəziləri hasilatının azaldılmasına dair götürdükləri öhdəlikləri yerinə yetirə bilmir:

“Şübhəsiz, bu öhdəlikləri ən çox pozan ölkələr Anqola və Nigeriyadır. Bu ölkələr heç də kiçik neft istehsal edən ölkələr deyil. Təkcə Nigeriyanın gündəlik hasil etdiyi neftin miqdarı 3 milyon barreldir. Səudiyyə Ərəbistanının son açıqlamasında diqqət çəkən bir məqam oldu. Belə ki, rəsmi Ər-Riyad açıq şəkildə bildirdi ki, biz Anqola və Nigeriyanın hara və hansı şirkətlərə neft satdığını bilirik; həmin ölkələrə və ya şirkətlərə daha böyük endirim təklif edib bu ölkələrin neftinin alınmasından imtina etdirə bilərik.

Bu çıxışın mahiyyəti ondan ibarətdir ki, Anqola və Nigeriya öhdəlikləri yerinə yetirsinlər”.

Ekspert sözlərinə görə, OPEK+ ölkələrinə tam nəzarət etmək mümkün deyil:

“Məsələ ondadır ki, razılaşmada hasilatın azalması qeyd edilib. Yəni satışın həcmi ilə bağlı hər hansı bir qadağa, ya da öhdəlik yoxdur. Təsadüfi deyil ki, Nigeriya və Anqola hasilatı azaltdıqlarını bildirir və satılan neftin “ehtiyatda saxlanılan neft” olduğunu deyirlər. Bu gün bənzər addımı İraq və digər neft hasil edən ölkələr də atır. Hazırda Səudiyyənin üzərinə böyük yük düşür. Səudiyyə yaxşı anlayır ki, azaltdığı neft hasilatını bir az da azaltsa, bu zaman bazardakı payını itirəcək. Şübhəsiz, bu ilk növbədə onun rəqiblərinin xeyrinə olacaq. Məhz buna görə rəsmi Ər-Riyad sözlü müdaxilələr ilə həm bazarı tənzimləməyə çalışır, həm də həmin ölkələrə xəbərdarlıq edir”.

Related posts

Ordu bizi yox edəcək – Bölgədə şok gəlişmə

Admin

Lukaşenkodan rus rəsmisinə şok sözlər: “Öz torpaqlarınız sizə bəsdi…”

Admin

İran Qasim Süleymaninin adını verdiyi yeni ballistik raketin təqdimatını edib

Admin

Leave a Comment