8 C
Baku
27 Noyabr 2020
Dünya

Qalmaqal: İstintaq Komitəsinin sədri “həbs edilsin” dedi, prokuror qərarı geri oxutdu

Rusiya Federasiyası Baş Prokurorluğu və İstintaq Komitəsi arasında qalmaqal yaranıb. Belə ki, Baş prokurorun müavini iyulun 3-də İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Ruslan Minahmetov barəsində cinayət işinin başlanmasına dair qərarı ləğv edib.

Musavat. com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“Baş prokurorun müavini Viktor Qrin İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin İstintaq Komitəsinin mərkəzi aparatının müstəntiqinə qarşı cinayət işi açmaq qərarını ləğv edib” deyə, məlumatda bildirilir.

Qeyd edək ki, “osobıy vajnıy” müstəntiqə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsi (“Xüsusilə böyük ölçüdə rüşvət alma”) ilə cinayət işi qaldırılıb. O, istintaqını apardığı adı açıqlanmayan bankirlərdən külli miqdarda rüşvət almaqda ittiham olunurdu. Bu qərarı isə Putinin tələbə yoldaşı, uzun illərdir Rusiya İstintaq Komitəsinə rəhbərlik edən Sergey Bastırikin verib.

Rusiya mediası müstəntiqi İstintaq Komitəsinə yaxın kadr hesab edirlər. Müstəntiqə qarşı bu ittihamların haradan qaynaqlandığı haqda isə təfərrüat bilinmir. Gözlənilirdi ki, bu gün səhər müstəntiq barəsində məhkəmə həbs qərarı verəcək.

Ruslan Minahmetov bir sıra qalmaqallı cinayət işlərində əsas müstəntiq olub. O, Federal Narkotiklərə Nəzarət Xidmətinin general-leytenantı Aleksandr Bulbovun, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəhbəri Denis Suqrobovun, eləcə də müxalifətçi Aleksey Navalnıya qarşı cinayət işlərini araşdırıb.
Yada salaq ki, bir müddət əvvəl məhz Bastrıkinin rəhbərliyi ilə daha bir qalmaqalı həbs gerçəkləşmişdi. Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin generalları Aleksandr Krakovski, Aleksandr Biryukov və xüsusilə mühüm işlər üzrə müstəntiq Aleksandır Bryantsev həbs ediliblər.

Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin generalları erməni iş asdamı Albert Xudoyanın qalmaqallı işinin istintaqına nəzarət edirdilər.

İttihama görə, generallar aerovağzalın yerində yaşayış binası tikdiyi üçün həbs edilən erməni iş adamının istintaq təcridxanasından azad etməkdə və əmlakı üzərindəki həbs qərarının ləğvində suçlanırlar. Bu məqsədlə onlar Albert Xudoyanın işinin paytaxt polisindən DİN-in İstintaq İdarəsinə təhvil verilməsini təşkil ediblər. “Optima Development” kompaniyasının sahibi olan Albert Xudoyan paytaxtın Leninqradski prospektində 10 milyon dollar məbləğində torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi ittihamı ilə tutulub. Onun şirkəti elit “Prime Park” yaşayış kompleksi inşa edirdi.
2019-cu ilin iyul – avqust aylarında indi həbs edilən generallar əlbir olaraq Daxili İşlər Nazirliyinin kollegiyasının rəhbəri, nazir müavini Aleksandr Romanova sənəd ünvanlayıblar. Sənəddə Xudoyana qarşı cinayət işinin qanunsuz başladığı barədə yalan məlumatlar veriblər. Bundan sonra istintaqın Moskva Şəhər Polisinin Baş İstintaq İdarəsindən alınmasına və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsinə nail olublar.

Müstəntiq Aleksandr Bryantsev dərhal həbsi qərarını ləğv edib və 2019-cu ilin noyabrında Xudoyanı ibtidai istintaq təcridxanasından azad edilib.

İstintaqa görə, onlar Xudoyanın ittiham olunduğu maddəni də dəyişməklə daha yüngül cəza almasına çalışıblar.
Lakin istintaq generalların rüşvət alması faktını sübut edə bilməyib. Bu səbəbdən Federal Təhlükəsizlik Xidmətinin həbs etdiyi poqonlular vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsi).

 

 

Related posts

Fransa ayağa qalxdı: daha bir qaradərili ölümü – Video

Admin

Nazirlər toplandı, Ərdoğan döyüş gəmilərinə TƏLİMAT VERDİ

Admin

Ermənistan Türkiyə ordusu ilə döyüşə girir – TƏFƏRRÜAT

Admin

Leave a Comment