7 C
Baku
23 Noyabr 2020
İqtisadiyyat

İqtisadi itkilərimiz var, neft qiyməti də… – Mövsümov

Pandemiya səbəbilə baş verən hadisələr iqtisadi artıma təsir etdi.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Pandemiya səbəbilə ümumdünya iqtisadiyyatında da tənəzzül gözlənilir. Bu gün Azərbaycan da dünya iqtisadiyyatının parçası olduğuna görə, iqtisadi itkilərin bizə də təsiri oldu. İqtisadiyyatımızda işsizliyin azaldılması üçün tədbirlər görülür. Ölkəmizdə də 190 manat birdəfəlik müavinət işsiz qalmış insanlara verilir və bu proses davam edəcəkdir”, – o bildirib.

O qeyd edib ki, ilin sonuna böyük itkilərin olmaması ehtimal olunur:

“Bu gün neftin qiyməti dəyişkəndir. Təbii ehtiyatlarımızın azalması ehtimalı yoxdur. Ümid edirik ki, Azərbaycan qısa müddətdə tənəzzüldən çıxaraq, əvvəlki iqtisadi inkişafına qayıdacaqdır”.

Related posts

Neft 45 dollardan satılır

Admin

SOCAR-ın qalib olduğu tender niyə təsdiqlənmədi?

Admin

Dolların sabahkı məzənnəsi açıqlanıb

Admin

Leave a Comment