8 C
Baku
29 Noyabr 2020
Sosial

Koronovirusla əlaqədar bu gündən Bişkekdə xüsusi karantin rejimi tətbiq edilib

Koronavirusla əlaqədar bu gündən Bişkekdə xüsusi karantin rejim tətbiq edilib. Paytaxtda vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Son sutka ərzində təkcə Bişkek şəhərində 230 yoluxma faktı qeydə alınıb.

Buna görə də xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, adi günlərdə Bişkekdə ictimai nəqliyyat səhər saat 7-dən 10-dək, axşam saat 17-dən 19-dək işləyəcək. Şənbə və bazar günləri isə ictimai nəqliyyat işləməyəcək.

Şəhərdəki əyləncə mərkəzləri, gecə klubları, karaoke klubları, uşaq əyləncə mərkəzləri və buna bərabər tutulan digər məkanların fəaliyyəti tam qadağan olunub, paytaxtdakı bütün parklara giriş məhdudlaşdırılıb.

Related posts

Daha bir qadağa tətbiq edildi – Sentyabrın 30-dək

Admin

Xüsusi karantin rejimiylə bağlı yeni qərar qüvvəyə mindi – SİYAHI

Admin

Bakıda gecə saatlarında 30-a yaxın ağac və kol bitkisi məhv edilib

Admin

Leave a Comment