13 C
Baku
27 Noyabr 2020
Dünya

Avropa Parlamentinin binası qarət edilib, 50 deputatın notebooku oğurlanıb

Koronavaris pandemiyası səbəbindən Avropa Parlamentinin binasında olmayan deputatların otaqları qarət edilib.

“Report” xəbər verir ki, bu barədə “Politico”nəşri məlumat yayıb.

Qeyd olunub ki, oğrular azı 50 deputatın notebookunu aparıblar. Bildirilib ki, deputatlar pandemiya səbəbindən Brüssel şəhərindən kənarda olublar.

İki notebooku oğurlanan almaniyalı millət vəkili Niko Semsrott hadisəni böyük qalmaqal adlandırıb: “Hadisəni ört-basdır etməyə çalışırlar. Əminik ki, onlar (oğrular – Red) hər şeyimizə baxıblar”.

Avropa Parlamentinin nümayəndəsi bildirib ki, hadisə aprel ayında baş verib. Bundan sonra ərazidə keşik çəkən təhlükəsizlik qüvvələrinin sayı artırılıb.

Related posts

Nazir: Gürcüstan hələlik beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil

Admin

Putin 1 oktyabra qədər vaxt verdi

Admin

Bu gün Türkiyənin Zəfər bayramı günüdür

Admin

Leave a Comment