2 C
Baku
23 Noyabr 2020
Əsas xəbər

Nazir əmr verdi: Xüsusi təyinatlı qüvvələr ləğv edilir – Sensasiya/Video

Radikal sağçı hərəkətləri ilə gündəmə gələn Almaniya Xüsusi Təyintlı Qüvvələrinin (KSK) bir bölümü tamamilə ləğv edilib, digər hissələrinə isə oktyabrın sonuna qədər islahat aparmaq tapşırılıb.

Teleqraf.com-un məlumatına görə, Almaniyanın Müdafiə naziri Anneqret Kramp Xüsusi Təyinatlı Qüvvələrini ziyarət zamanı bildirib ki, KSK-nin rəhbərliyi içərisində aşırı sağçıların təmizlənməsi üçün onlara 4 ay vaxt verilir.

Almaniya Silahlı Qüvvələrinin Baş Qərargahı apardığı araşdırmadan sonra bəyan edib ki, ordu arsenalından 85 min atış sursatı, 62 kioqramlıq partlayıcı maddə yoxa çıxıb.

Məxfi fəaliyyət həyata keçirən KSK ilə bağlı 55 səhifəlik hesabatda müəyyən tədbirlərin həyata keçirilməsi zərurəti vurğulanıb. Bu zaman KSK-yə aid 150 əsgərdən ibarət 2 bölük tamamilə ləğv edilib.

Qeyd edək ki, alman ordusunun Xüsusi Təyinatlı Qüvvələri 2017-ci ildən bu yana irqçilik davranışları ilə gündəmdən düşmür.

KSK komandirlərindən birinin təşkil etdiyi tədbirdə radikal sağçı musiqilər səsləndirilib, Hitler salamı ilə çəkilən fotolar isə qəzetlərin manşetinə düşüb. Bir KSK əsgəri tərəfindən gizlədilən partlayıcı maddə və silah ələ keçirilib.

Related posts

Ekspertlərdən “Keşikçidağ” xəbərdarlığı: “Gürcüstan rəhbərliyi anlamalıdır ki…”

Admin

“Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir” – PARTİYA SƏDRİ

Admin

Ordumuz Azərbaycan xalqını müdafiə etməyə qadirdir – Hərbi ekspert

Admin

Leave a Comment