10 C
Baku
23 Noyabr 2020
Dünya

Dünyanın ən varlı adamı – Sahib olduğu sərvət bu qədərdir

Dünyanın ən varlı adamının – “Amazon”un rəhbəri Jeff Bezosun sərvəti 171.6 milyard dollara – yeni bir tarixi rekorda yüksəlib.

Bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Beləliklə, 2018-ci il sentyabrın 4-də əldə edilmiş əvvəlki rekord yenilənib – o zaman Bezosun sərvəti 167.7 milyard dollar təşkil edirdi.

Agentlik qeyd edir ki, yeni rekord “Amazon”un səhmlərinin qiymətlərindəki sıçrayış sayəsində mümkün olub. Çərşənbə gününün nəticələrinə görə, şirkətin səhmətlərinin qiymətləri 4.4% artaraq 2878.7 dollara çatıb. Bu, rekord hesab olunur.

May ayında kiçik biznes-konsaltinq şirkəti olan “Comparisun” 2026-cı ilin əvvəlinə qədər Bezosun sərvətinin bir trilyon dollardan çox olacağını proqnozlaşdırıb. “Forbes”-ə görə, Bezos artıq üçüncü ildir dünyanın ən varlı adamı olaraq qalır.

Related posts

Son dəqiqə : ÜST 1.5 ay əvvəl Türkiyə ilə müqavilə bağladı! Gözlənilən xəbər bu gün gəldi …

Admin

Moldova Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşları üçün sərhədlərini açır

Admin

Pekində son 56 gündə ilk dəfə 1 koronavirusa yoluxma qeydə alınıb

Admin

Leave a Comment