11 C
Baku
28 Noyabr 2020
Dünya

İran seçkiyə hazırlaşır: prezident kim olacaq?

İranda Həsən Ruhanidən sonra prezident radikalların nümayəndəsi olacaq.

Qaygi.org.az Axar.az-a istinadən xəbər verir ki, bunu iranlı siyasi ekspert Sadiq Zibakəlam iddia edib.

“Bunu qəbul etməliyik ki, 2017-ci ildəki prezident seçkilərində Ruhaniyə səs verən 24 milyon insan bu dəfə seçkilərdə iştirak etməyəcək. Ruhanidən sonra prezident radikalların nümayəndəsi olacaq. Gələn il keçiriləcək prezident seçkilərində radikal tərəfdarları aktiv şəkildə iştirak edəcək. Çünki fevralda keçirilən seçkilərə də ciddi şəkildə yanaşmışdılar. Mühafizəkarlar və islahatçıların tərəfdarları səsvermə yolu ilə yaşayış şəraiti və tələblərində dəyişiklik olmayacağı qənaətinə gəliblər”, – S.Zibəkəlam bildirib.

Ekspert vurğulayıb ki, Mahmud Əhmədinejat seçkilərə qatıla bilsə, qazandığı siyasi xarizma sayəsində ciddi səs toplaya bilər:

“Ancaq mühafizəkarlar ona qarşıdır. Buna görə, Əhmədinejatın namizədliyinin təsdiqlənməsi çətin görünür”.

Related posts

Pompeo Boltonu satqın adlandırdı

Admin

Navalnı daha bir irimiqyaslı korrupsiyanın üstünü açdı

Admin

İran rəsmiləri ölkədə karantin rejiminin yenidən sərtləşdirilməsinin zərurət olduğunu bildirirlər

Admin

Leave a Comment